2023-cü ildə Azərbaycan kartof ixracını 9%, idxalını 8% azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ildə Azərbaycan $30 milyon 930,25 min dəyərində (azalma 11,9%) 71,192 min ton kartof ixrac edib.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Ötən il bu ölkəyə $33 milyon 446,65 min dəyərində (azalma 16%) 62,642 min ton kartof (azalma 15%) ixrac edilib. Hesabat ilində Azərbaycandan kartof ixracının 88%-i RF-nin payına düşüb.
2023-cü ildə Azərbaycana $49,174 milyon dəyərində (artım 17,7%) 172,656 min ton kartof idxal edilib.
Azərbaycana kartofun əsas tədarükçüları Rusiya ($17 milyon 16,81 min dəyərində 67,842 min ton), İran ($10 milyon 86,27 min dəyərində 38,747 min ton) olub.
2022-ci ildə Azərbaycan $35 milyon 121,66 min dəyərində 78,301 min ton kartof ixrac edib. **
B.Rüstəmbəyov