Belarus prezidenti Aleksandr Lukaşenko üçüncü dünya müharibəsinin mümkünlüyü ilə bağlı narahatlığını əsaslı hesab edir
"Son onilliklər ərzində özünü tam təhlükəsizlikdə hiss edə biləcək ölkə və xalq yoxdur. Hərbi qüvvə yenidən dünya məsələlərin həlli mərkəzlərinin əsas arqumentinə çevrilib. Sanki Birinci və iİinci dünya müharibələrinin milyonlarla itkisi və dəhşəti olmayıb", - Lukaşenko çərşənbə axşamı Minskdə milli təhlükəsizlik sisteminin təminatı dövlət orqanlarının rəhbər heyəti ilə geniş müşavirədə bildirib.
"Indi isə bizi üçüncü dünya müharibəsinin hiss olunduğu informasiya dalğası bürüyüb . Narahatlıq üçün də əsas var", - “Pul Pervoqo” Teleqram kanalı Lukaşenkonun sözlərindən sitat gətirir.
Dövlət başçısı qeyd edib ki, Avropa qitəsində, o cümlədən Belarus sərhədləri yaxınlığında vəziyyət sakit deyil.
«Belarus və Rusiyanın bilvasitə yaxınlığında Avropada Alyansın (Şimali Atlantika) keçirdiyi əməliyyatlar çərçivəsində NATO və ABŞ-ın birləşmiş silahlı qüvvələri kontingentlərinin təxminən 32 min hərbçisi yerləşdirilib», - Lukaşenko qeyd edib.
Onun sözlərinə görə, proqnozlar da ürəkaçan deyil. **