2023-cü ildə Azərbaycandan xarici ölkələrə 28,628 min ton nar ixrac olunub ki, bu da 2022-ci illə müqayisədə 22,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ildə ixrac olunan nar meyvəsinin ümumi dəyəri $30 milyon 641,04 min (azalma 2,9 dəfə) təşkil edib.
Bu məhsulların əsas ixracı Rusiyanın payına düşüb: 2023-cü ildə Rusiya Federasiyasına $27 milyon 425,78 min (7,9% azalma) məbləğində 24,313 min ton nar (artım 22,7%) ixrac edilib. Ümumilikdə, Azərbaycandan nar ixracının 84,9%-i Rusiyanın payına düşüb.
Azərbaycan 2022-ci ildə $31 milyon 564,43 min dəyərində 23,335 min ton nar ixrac edib. **
B.Rüstəmbəyov