Azərbaycanın qeyri-neft məhsullarının ixracatçıları Dubayda keçirilən “Gulfood 2024” sərgisində iştirak edirlər. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat verir.
“Dubayda keçirilən “Gulfood 2024” sərgisində Azərbaycanın 20-dən çox şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi altında təqdim edir. Belə ki, milli stenddə meyvə şirələri, süd məhsulları, mineral sular, meyvə-tərəvəz, kürü, qənnadı məhsulları, çay, qurudulmuş meyvələr, zeytun yağları, ədviyyatlar və ət məhsulları nümayiş olunur”, - məlumatda qeyd olunur.
Sərgi fevralın 23-dək davam edəcək. **
B.Rüstəmbəyov