Azərbaycan 2023-cü ildə RF-dən buğda idxalını 0,9% - 1 milyon 17,453 min tona qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ildə Rusiyadan $250 milyon 412,49 min dəyərində buğda (azalma 25,8%) alınıb.
Rusiya buğdasının bir tonu Azərbaycana $246,11 (bir il əvvəl $334,79) başa gəlib.
2023-cü ildə Azərbaycan Qazaxıstandan $51 milyon 77,93 min dəyərində (azalma 46,7%) 152,405 min ton (azalma 46,6%) buğda idxal edib.
Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla $335,14 (bir il əvvəl $342,12) başa gəlib.
Azərbaycana buğda idxalının 87%-i Rusiyanın, 13%-i Qazaxıstanın payına düşüb.
Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycana 1 milyon 175,341 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır. **
B.Rüstəmbəyov