Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Azərbaycandan neft məhsullarının idxalını 2022-ci illə müqaysədə 17,4 dəfə - 306,9 min tona qədər artırıb, bu da son 7 il ərzində maksimum həcmdir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
İdxalın dəyəri 186,5 milyon avro (artım 12,3 dəfə) təşkil edib.
Ötən il Aİ ölkələri arasında Azərbaycandan neft məhsullarının ən iri idxalçılarının beşliyinə Yunanıstan (109,9 milyon avro dəyərində 198,7 min ton, 2022-ci ildə idxal həyata keçirilməyib), Kipr (31,3 milyon avro dəyərində 40,2 min ton, 2022-ci ildə idxal həyata keçirilməyib), Niderland (21,2 milyon avro dəyərində 32,3 min ton (2022-ci ildə idxal həyata keçirilməyib), Malta (14,9 milyon avro dəyərində (artım 385 dəfə) 24 min ton (artım 215 dəfə) və İtaliya (5,8 milyon avro dəyərində (artım 3 dəfə) 8 min ton (artım 5,2 dəfə) daxil olub. **
R.Kərimov