2024-cü ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 152 ölkəsindən 168,8 min və ya 2023-cü ilin yanvar ayı ilə müqayisədə 39,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 27,5%-i Rusiya Federasiyası, 19,8%-i Türkiyə, 9,7%-i İran, 6,1%-i Hindistan, 4,9%-i Gürcüstan, 3,5%-i Səudiyyə Ərəbistanı, 2,9%-i Qazaxıstan, 2,5%-i Pakistan, 2,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,2%-i Özbəkistan, 1,3%-i Ukrayna, hər birindən 1,2%-i Küveyt, 1%-i Belarus, 1,8%-i Oman, 1,5%-i Türkmənistan, 1,3%-i Ukrayna, 10,4%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 74,2%-ni kişilər, 25,8%-ni qadınlar təşkil edib.
2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1% artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,3% artaraq 4,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6% artaraq 35,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,5%-i hava, 31,1%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.
Yanvarda xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 35,1% artaraq 147,7 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 37%, Gürcüstana gedənlərin sayı 36,9%, Türkiyəyə gedənlərin sayı 29,3% artıb, İrana gedənlərin sayı 23% artıb.
Ölkə vətəndaşlarının 36,6%-i Türkiyəyə, 22%-i Rusiya Federasiyasına, 10,6%-i Gürcüstana, 8,2%-i İrana, 22,6%-i digər ölkələrə səfər edib.
Gedənlərin 67,7%-ni kişilər, 32,3%-ni qadınlar təşkil edib.
Yanavrda xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,1%-i hava, 28,8%-i dəmir yolu və avtomobil, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.
Xəbər veroldiyi kimi, 2023-cü ildə Azərbaycan Respublikasına dünyanın 187 ölkəsindən 2 milyon 85,8 min və ya 2022-ci illə müqayisədə 30,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2022-ci illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25,5% artaraq 1868,7 min nəfər olub. **
X.Nəsirzadə