"Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) və Türkiyənin "Gürok Group" şirkətlər qrupu Azərbaycanda şüşə taraların istehsalı zavodu inşa etmək niyyətindədir.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Facebook səhifəsində yazıb.
“AİŞ və "Gürok Group" şirkətlər qrupu arasında ölkəmizdə və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə Azərbaycanda şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb”, - Cabbarov qeyd edib.
Dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı olan "Gürok Group" şüşə tara, kirəmit, sənaye avadanlığı istehsalı, inşaat və turizm kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. **
X.Nəsirzadə