Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.
Memorandum 9 yanvar 2024-cü il tarixində Bakıda imzalanıb.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Maliyyə Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə bildiriş göndərmək tapşırılıb.
Fərmanın mətni çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov