Fevralın 23-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 5 il müddətinə $50 milyon dəyərində istiqrazı abunə yazılışı üsulu ilə yerləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) xəbər verilir.
Məliumata görə, emissiya bir qiymətli kağızın nominal dəyəri $1000 olan 50 min ədəd istiqraza bölünüb.
İstiqrazların illik gəlirliliyi 6%-dir. Faiz ödənişləri 6 aydan bir olmaqla ödəniləcək.
İstiqrazların yerləşdirilməsindən əldə olunan vəsait beynəlxalq sularda istismar üçün iri tankerlərin alınmasına yönəldiləcək.
QSC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi planlaşdırılır. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verildiyi kimi, 2023-cü ilin mart ayında Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin $100 milyon məbləğində beşillik istiqrazlarının debüt yerləşdirilməsi yekunlaşıb.Abunə yazılışı zamanı 125 investor tərəfindən 126 sifariş təqdim edilib. Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği $113 milyon 997 min təşkil edib. **
X.Nəsirzadə