Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Azərbaycana neft məhsullarının ixracını 2022-ci illə müqayisədə 73,8% - 24,4 min tona qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Statistik məlumatlara görə, ixracın dəyəri 62,9% artaraq 58,3 milyon avroya çatıb.
2023-cü ildə Aİ ölkələri arasında Azərbaycana neft məhsullarının əsas tədarükçülərinin beşliyinə Almaniya (31,9 milyon avro dəyərində (artım 88,7%) 7,8 min ton (artım 59,5%), Yunanıstan (4,3 milyon avro dəyərində (artım 3,9 dəfə) 7 min ton (artım 6,8 dəfə), Belçika (9,9 milyon avro dəyərində (artım 31,2%) 4,2 min ton (artım 26,7%), Macarıstan (1,2 milyon avro dəyərində (artım 30,2%) 1,3 min ton (artım 50,9%) və Niderland (3,2 milyon avro dəyərində (artım 30,3%) 0,9 min ton (azalma 2,8%) daxil olub.
Bundan başqa, ötən il Avstriya, Bolqarıstan, Çexiya, Danimarka, İspaniya, Finlandiya, Fransa, Xorvatiya, İtaliya, Litva, Latviya, Polşa, İsveç və Slovakiyadan da Azərbaycana az neft məhsulları tədarük olunub.**
R.Kərimov