BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Qəzza zolağının şimal hissəsinə ərzaq yardımının tədarükünün orada təhlükəsiz şərait yaradılana qədər dayandırılması qərarına gəlib.
«FAO çatdırılmanın təhlükəsiz həyata keçirilməsinə imkan verən şərait olana qədər Qəzzanın şimalına həyati zəruri ərzaq yardımının tədarükünü dayandırır», - təşkilatın saytında çərşənbə axşamı yayımlanan press-relizdə bildirilir.
Əlavə edilib ki, «qərar qəbul etmək asan deyildi».
FAO-da etiraf ediblər ki, tədarükün dayandırılması ilə əlaqədar anklavdakı vəziyyət «daha da pisləşəcək və daha çox insan aclıq səbəbindən ölüm riskinə məruz qalacaq».
Bəyanata əsasən, təşkilat tədarükün tezliklə bərpa edilməsi yollarını axtaracaq. **