Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, Gürcüstan 2030-cu ildə Avropa İttifaqına üzv olmağa hazır olacaq.
"Bir şey deyə bilərik - Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı iddialı planlarımız var. Avropa İttofaqı Şurasının prezidenti Mişelin genişlənmə ili adlandırdığı 2030-cu ildə Gürcüstan bütün digər namizəd ölkələrdən daha çox Aİ-yə üzv olmağa hazır olacaq. Bu bizim iddialı planımızdır və biz üzvlük üçün lazım olan islahatlar proqramına sadiqik", - Kobahidze çərşənbə axşamı Brüsseldə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel ilə birgə mətbuat konfransında deyib.
Borrelin bəyanatına görə, Gürcüstan bu il azad və ədalətli seçkilərin keçirilməsi üçün islahatları başa çatdırmalıdır.
«Perspektivə gəldikdə, Avropa İttifaqının qapıları Gürcüstan üçün açıqdır», - Borrel bildirib. **