Başqırdıstanın hind quşu ətindən hazırlanmış yarımfabrikat istehsalı müəssisəsi 2024-cü ildə Azərbaycana öz məhsullarının ilk partiyasını ixrac edib. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti («Rosselxoznadzor») xəbər verir.
"Rosselxoznadzor"un Başqırdıstan Respublikası üzrə İdarəsinin mütəxəssisləri tərəfindən nəzarət həyata keçirilıən dondurulmuş ət məhsulları partiyasının ümumi çəkisi 36 ton təşkil edib. Mallar fevralın 14-də göndərilib», - məlumatda qeyd olunur.
Göndərilmədən əvvəl ət məhsulları “HSQFM” FDBM-nin Başqırdıstan sınaq laboratoriyasında, həmçinin “HSQFM” FDBM-nin Çelyabinsk flialında tam həcmdə laboratoriya sınaqlarından keçirilib. Yarımfabrikatlar idxalçı ölkənin tələblərinə uyğun hesab olunub. Partiyaya 5D ixrac baytarlıq sertifikatı verilib. **