Heç bir xarici təzyiq İsrailin HƏMAS qruplaşması məhv edilənə və girovların azad edilməsinə nail olunana qədər onunla müharibəni davam etdirməsinə mane olmayacaq. “The Times of Israel” qəzeti yazır ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Bizim bütün məqsədlərimizə çatana qədər, o cümlədən girovları azad etmək üçün razılığa gəlməmişdən əvvəl müharibəni bitirməyimiz üçün İsrailə daxildə və xaricdə güclü təzyiq göstərilir”, - deyə o, İsrail Müdafiə Ordusunun əsgərləri ilə görüşdə bildirib.
“İsrail bütün məqsədlərinə çatana qədər müharibəni davam etdirməyə borcludur, bu məqsədlərə HƏMAS-ın məhv edilməsi, bütün girovların azad edilməsi və Qəzza zolağının artıq İsrail üçün təhlükə yaratmayacağına zəmanət verilməsi daxildir. Bu məqsədə mane olacaq belə bir təzyiq (xaricdən və ya ölkə daxilində - İF) yoxdur”, - deyə Netanyahu əlavə edib.*