Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı 13-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Bu barədə Belçikanın Avropa İttifaqı Şurasındakı nümayəndəliyi “X” səhifəsində yazıb.
“Bu paket Aİ tərəfindən təsdiqlənən ən geniş paketlərdən biridir. O, yazılı prosedurdan keçəcək və fevralın 24-də rəsmi olaraq təsdiqlənəcək”, - deyə məlumatda bildirilib.
Aİ diplomatiyasının rəhbəri Jozep Borrel isə bildirib ki, yeni sanksiyalar paketinə 200-ə yaxın fiziki və hüquqi şəxs daxil ediləcək. Həmçinin Aİ müdafiə və hərbi-texniki sahələr üzrə də tədbirlər görəcək.
“Biz sanksiyalar paketinə 200-ə yaxın şəxs və qurumu daxil edəcəyik. Bununla da siyahıya salınan fiziki və hüquqi şəxslərin ümumi sayı 2 minə yaxın olacaq”, - deyə o, “X” hesabında yazıb.*