Azərbaycan və Ermənistan nümayəndələri qarşıdan gələn görüşdə iki ölkə arasında sülh müqaviləsi layihəsini müzakirə edəcəklər. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
“Biz Azərbaycandan sülh müqaviləsinin layihəsi ilə bağlı yanvarın 4-də təqdim etdiyimiz təkliflərə cavab almışıq. Hesab edirəm ki, sülh müqaviləsinin layihəsi iki ölkənin xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə müzakirə olunacaq”, - deyə o bildirib.
A.Qriqoryan əlavə edib ki, görüşün tarixi, yeri və formatı hələ müəyyən edilməyib.*