2024-cü ilin yanvar ayında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlara 10,7 milyon manat güzəştli kredit verilib.
“İnterfaks-Azərbaycan” agentliyi SİF-ə istinadla bildirir ki, 181 layihənin həyata keçirilməsi üçün verilən güzəştli kreditlər hesabına 57 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
2023-cü ildə SİF-in xətti ilə sahibkarlara 193,8 milyon manat məbləğində güzəştli kredit verilib.*
B.Rüstəmbəyov