Ermənistanın sorğusu əsasında Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən Moskvada saxlanılmış Azərbaycan vətəndaşı Kamil Zeynallı sərbəst buraxılıb. Bu barədə yerli KİV-lər K.Zeynallının vəkili Ələkbər Qarayevə istinadən məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə istinadən xəbər verilmişdi ki, K.Zeynallı çərşənbə gününə keçən gecə Moskvanın Domodedovo hava limanında sorğu əsasında saxlanılıb. Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib.*
Xəbərlər şöbəsi