Azərbaycanın iqamətgahı Braziliya şəhərində olmaqla, Surinamdakı səfiri Rəşad Novruz etimadnaməsini bu ölkənin Prezidenti Çandrikapersad Santoxiyə təqdim edib.
Azərbaycanın Surinamdakı səfirliyindən verilən məlumata görə, görüşdə Santoxi ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib, siyasi, humanitar, iqtisadi, ərzaq təhlükəsizliyi, neft-qaz sahələrində əməkdaşlığın potensialını yeni səviyyəyə qaldırmaq, çoxtərəfli diplomatik təmasların və qarşılıqlı dəstək razılaşmalarının sayını artırmaq arzusunda olduğunu vurğulayıb.
Paramariboya səfər çərçivəsində R.Novruz, həmçinin Surinamın xarici işlər naziri və digər dövlət rəsmiləri ilə görüşlər keçirib.
“Görüşlərdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib”, - deyə diplomatik missiyadan bildirilib.*
B.Rüstəmbəyov