İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS rəhbərliyinin istifadə etdiyi böyük yeraltı tuneli aşkarlayaraq məhv edib. Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
“Uzunluğu 1 kilometrdən çox olan tuneldə su və elektrik xətləri çəkilib. Bu tunel Xan Yunis şəhərində HƏMAS-ın yüksək vəzifəli üzvlərinin istifadə etdikləri strateji yeraltı şəbəkənin bir hissəsidir”, - deyə məlumatda bildirilib.
Bundan başqa, İsrail hərbçiləri çərşənbə günü Livan və Suriyada hərbiləşdirilmiş birləşmələrin mövqelərinə zərbələr endiriblər. Yaxın Şərq mətbuatının məlumatına görə, aviazərbələr nəticəsində Livanın cənubunda silsilə partlayışlar baş verib, bir nəfər ölüb, bir nəfər isə yaralanıb.*