Paris Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyik. Fransa müdafiə silahlarının tədarükünə razılıq verib və heç bir gərginlik istəməyərək tam məsuliyyətlə əməkdaşlığı davam etdirəcək”, - deyə E.Makron Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Paris Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə vermək niyyətindədir.
“Fransa ədalətli və sabit sülhün bərqərar olmasına yönəlmiş səylərə töhfə verməyə davam edəcək. Əminik ki, buna beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət etməklə nail olmaq olar”, – deyə E.Makron qeyd edib.*