“Rosfinmonitorinq” (Rusiya Federasiyası Maliyyə Monitorinqi üzrə Federal Xidmət).jurnalist Yevgeni Kiselyovu ekstremist fəaliyyətdə və ya terrorda iştirakı barədə məlumatları olan şəxslərin və təşkilatların siyahısına daxil edib.
Cümə axşamı “Rosfinmonitorinq” reyestrində müvafiq məlumat yer alıb.
Qanunvericiliyə əsasən, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və xidməti dayandırırlar.
Kiselyov uzun illərdir Ukraynada işləyir.
2022-ci ildə Rusiyada jurnalist axtarışa verilib. **