Sərgilərin keçirilməsində ixtisaslaşmış «Caspian Event Organisers» və «Iteca Caspian» şirkətləri 2024cü ildə Azərbaycanda 14 beynəlxalq sərgi və konfrans keçirməyi planlaşdırırlar.
“İnterfaks-Azərbaycan” şirkətin məlumatına istpnadən xəbər verir ki, mövzümə «Baku Water Week» adlı Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı start verir. Bu, ilk dəfə Azərbaycanda təşkil olunacaq sərgi 1-14 mart tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Tədbir çərçivəsində Azərbaycanda bu sahənin gələcək inkişafı, mövcud problemlər və onların həlli yolları, habelə maraqlı tərəflər üçün yeni imkanlar müzakirə ediləcək.
Sərgi mövsümünü 15-17 may tarixlərində keçiriıəcək “Caspian Agro” 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və “InterFood Azerbaijan” 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi davam edəcək. 2024-cü ildə sərgidə dünyanın müxtəlif ölkələrindən olan bir çox şirkətin iştirakı gözlənilir. Hazırda sərginin açıq və qapalı sahəsinin böyük hissəsi artıq şirkətlər tərəfindən məşğuldur.
Yay mövsümü 4-6 İyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi ilə davam edəcək. Bakı Enerji Həftəsi bir brend altında 3 nüfuzlu tədbiri birləşdirəcək: 29-cu Beynəlxalq
Xəzər Neft və Qaz Sərgisi, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji Forumu. 2023-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə 38 ölkədən 331 şirkət iştirak edib.
Bakıda Bakı Enerji Həftəsi ilə paralele olaraq keçriiləcək növbəti tədbir “TransLogisticaCaspian” 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisidir. Tədbirdə dəmir yolu nəqliyyatı, dəniz sahəsi, aviasiya və kommersiya nəqliyyatı üzrə müzakirələr keçiriləcək. 2024-cü ildə Azərbaycandan əlavə Belarus, Almaniya, Gürcüstan, Qazaxıstan, Latviya, Rusiya, Rumıniya, BƏƏ, ABŞ, Türkiyə, Finlandiya və Isveçrə şirkətləri də öz iştiraklarını təsdiqləyiblər.
Payız sərgi mövsümünü ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi açacaq. Sərgilər 24-26 sentyabr tarixlərində keçiriləcək.
Azərbaycandan başqa Əlcəzair, Belarus, Bolqarıstan, Çin, Israil, Rusiya Federasiyası, Serbiya, Türkiyə və Çexiya kimi ölkələr ADAX 2024 sərgisində iştirak edəcəklərini təsdiqləyiblər. **
B.Rüstəmbəyov