Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” XİN-ə istinadən xəbər verir.
“Görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər”, - XİN-in məlumatında deyilir.
Bayramov sülh sazişi layihəsinə gəldikdə Azərbaycanın növbəti şərhlərinin Ermənistan tərəfinə təqdim edildiyi və Bakının bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğu Klaarın diqqətinə çatdırıb.
“Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar qəbuledilməzdir”, - Bayramov vurğulayıb.
Diplomatlar habelə qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
X.Nəsirzadə