Ukrayna prezidenti Vladimir Zelenski Vladislav Kanevskinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən azad edilməsi və bu posta Yuri Qusevin təyin olunması haqqında fərmanlar imzalayıb.
Müvafiq sənədlər dövlət başçısının saytında dərc olunub.
“Yuri Veniaminoviç Qusev Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunsun”, - fərmanda deyilir.
Qusev Xerson vilayəti Dövlət Administrasiyasının rəhbəri olub (2019-cu ilin aiyul ayından 20202-ci ilin dekabr ayına qədər). 2020-ci ilin dekabr ayından 2023-cü ilin iyun ayına qədər “Ukroboronprom”un baş direktoru vəzifəsini tutub. **