Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri, kommmunal-kommunikasiya və abadlıq işlərinin həyata keçirilməsinə “Fərid” firmasını cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, şirkətlə 5 milyon 299,45 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlərin yerinə yetirilmə müddəti 10 aydır.*
X.Nəsirzadə