Azərbaycanla Latviya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müavini Normunds Şmits ilə görüşüb.
Görüşdə S.Məmmədov Azərbaycanda aparılan iqtisadi islahatlar, əlverişli investisiya mühiti və tətbiq edilən güzəştlər barədə məlumat verib.
“Bildirilib ki, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Görüşdə tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri, o cümlədən ölkəmizdə istehsal edilən qeyri-neft-qaz məhsullarının ixracı, birgə layihələrdə iştirak, kənd təsərrüfatı, alternativ enerji, qida təhlükəsizliyi və s. istiqamətlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi İqtisadiyyat Nazirliyinə istinadən bildirir.*
B.Rüstəmbəyov