“Bakı Metropoliteni” QSC 81-717/714 serialı vaqonların elementlərinin diaqnostik müayinəsinin aparılmasına 410 min manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “CN CO LTD” MMC ilə 409,224 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlərin yerinə yetirilmə müddəti 21 yanvar 2025-ci ilə qədərdir.*
N.Abbasova