Xocalı rayonunda daha bir kütləvi məzarlıq aşkarlanıb.
Yerli KİV-lər xəbər verir ki, rayon ərazisində su-kanalizasiya sisteminin çəkilməsi zamanı insan meyitlərinin qalıqları tapılıb.
“Tapılan skelet qalıqlarının əsasən əlləri və ayaqları bağlı uşaq və qadınlara aiddir”, – deyə məlumatda qeyd olunub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalı sakinlərinin kütləvi şəkildə qətlə yetirilməsi Birinci Qarabağ müharibəsi zamanı ən böyük və amansız qırğın olub. Həlak olanların, o cümlədən yolda donaraq ölənlərin sayı 613 nəfər təşkil edib, 150 nəfər isə itkin düşüb.*
X.Nəsirzadə