Təhlükəsizliklə bağlı vəziyyətin dəyişməsi fonunda Ermənistanın Fransa ilə müdafiə sahəsində əməkdaşlığı əsaslıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Təhlükəsizliklə bağlı vəziyyətimizdə və əməkdaşlığımızda baş verən dəyişikliklər məntiqli və əsaslıdır. Fransanın təhlükəsizlik sahəsində münasibətlərimizin şaxələndirilməsi ilə bağlı qərarımıza ilk cavab verənlərdən biri olmasını da məntiqli hesab edirəm. Təhlükəsizlik komponenti Prezident Makronla müzakirələrimizdə hər zaman yer alıb. Şadam ki, bu müzakirələr indi reallaşır”, - deyə Paşinyan bu gün İrəvanda Fransanın müdafiə naziri Sebastyan Lekornyu ilə görüşdə bildirib.
Öz növbəsində, fransalı nazir qeyd edib ki, “Ermənistanın üzləşdiyi təhdidləri nəzərə alaraq daha tez hərəkət etmək lazımdır.*