ABŞ Prezidenti Co Bayden bu gün Rusiyaya qarşı xüsusilə maliyyə sektoru və müdafiə sənayesi kompleksini əhatə edən 500-dən çox yeni sanksiyanın tətbiq edildiyini açıqlayıb. Bu barədə Ağ Ev məlumat yayıb.
“Bu sanksiyalar Rusiyanın maliyyə sektorunu, müdafiə sənayesi kompleksini, təchizat şəbəkələrini və Moskvanın sanksiyalardan yayınmasına yardım edənləri hədəfə alıb”, - deyə Baydenin bəyanatında bildirilib.
“Biz, həmçinin Rusiyanın müdafiə sənayesinə dəstək göstərən 100-ə yaxın müəssisəyə yeni ixrac məhdudiyyətləri tətbiq edirik. Biz Rusiyanın enerji gəlirlərini daha da azaltmaq üçün tədbirlər görürük”, - deyə bəyanatda qeyd olunub.*