2024-cü ilin yanvar ayında Türkiyəyə səfər edən turistlərin ümumi sayı 2,24 milyon nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə “Turizm Guncel” ölkənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat yayıb.
Statistik məlumatlara görə, yanvarda Rusiyadan Türkiyəyə 230 min turist səfər edib ki, bu da 2023-cü ilin ilk ayının göstəricisi ilə müqayisədə 17,6% azdır. İkinci yerdə 211 min nəfərlə (artım 86,6%) İran, üçüncü yerdə 162 min nəfərlə (azalma 2,8%) Bolqarıstan qərarlaşıb. İlk beşliyə Almaniya (142 min nəfər, artım 2%) və Gürcüstan (92 min nəfər, azalma 15,3%) da daxil olub.
Cari ilin yanvar ayında MDB ölkələrindən turist axını 7,5% azalaraq 539 min nəfər təşkil edib.*