Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson martın 1-də Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında iştirak etmək üçün gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
Avropa Komissiyasının bu gün dərc etdiyi həftəlik (26 fevral – 3 mart) tədbirlər təqviminə əsasən, Simson martın 1-də Bakıda Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxış edəcək.*
R.Kərimov