Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Şuşa rayonu Malıbəyli kəndində yerləşən 14 binadan ibarət mövcud yaşayış kompleksinin təmiri və bərpa işlərinə “Bakı Abadlıq Xidməti” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, şirkətlə 15 milyon 542,75 min manat məbləğində müqavilə bağlanıb.
İşlərin yerinə yetirilmə müddəti 20 fevral 2025-ci ilə qədərdir.*
R.Kərimov