“Trump Organization” şirkətinin aktivlərinin qiymətləndirilməsi ilə bağlı fırıldaqçılıq işi üzrə təqsirli bilinən ABŞ-nin keçmiş prezidenti Donald Tramp $454 milyon cərimə ödəyəcək. Bu barədə CNN telekanalı məlumat yayıb.
Trampın oğulları kiçik Donald və Erik də Nyu-Yorkun baş prokuroru Letita Ceymsin qaldırdığı mülki işdə fırıldaqçılığa görə təqsirli biliniblər. Onların hər biri $4 milyon ödəyəcək.
Tramp və oğullarına üç il ərzində hər hansı Nyu-York korporasiyasında vəzifə tutmaq qadağan olunub.*