Fevralın 23-də ABŞ hərbçiləri husilərin gəmi əleyhinə yeddi qanadlı raketini vurublar. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.
Məlumata görə, həmin raketlər Qırmızı dənizə doğru atılmağa hazır idi və “özünümüdafiə məqsədilə” vurulub.
CENTCOM raketlərin Yəmənin husilərin nəzarətində olan ərazilərində aşkarlandığını, bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün təhlükə yaratdığını bildirib.*