Avropa Komissiyasının sədri Ursula fon der Lyayen şənbə günü Kiyevə gedib.
“Mən Kiyevdəyəm (...). Biz iqtisadi, hərbi və mənəvi cəhətdən həmişəkindən daha çox Kiyevin yanındayıq”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.
Qərb mətbuatının məlumatına görə, bu gün İtaliyanın baş naziri Ciorcia Meloni, Kanadanın baş naziri Castin Trüdo və Belçikanın baş naziri Aleksandr de Kro da Kiyevə səfər ediblər.
Meloninin G7 ölkələrinin liderlərinin iştirakı ilə keçiriləcək videokonfransa sədrlik edəcəyi gözlənilir; Ukrayna Prezidenti Volodimir Zelenski də videokonfransa dəvət olunub.*