Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan şərti sərhədində Azərbaycan Ordusunun mövqelərinin növbəti dəfə atəşə tutulması ilə bağlı məlumat yayıb.
“Fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub”, - deyə məlumatda bildirilib.*
X.Nəsirzadə