Fevralın 24-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin müavini Bakıtbek Sıdıkov ilə sənaye və tikinti nazirinin müavini Azamat Beyspekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Müdafiə Sənayesi Nazirliyinə istinadla bildirir.
“Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı işgüzar səfərlərin təşkil edilməsi, müəssisələr arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə