Kanada 2024-cü ildə Ukraynaya $2,2 milyarddan artıq məbləğdə hərbi, maliyyə və humanitar yardım göndərəcəyini vəd edib. Bu barədə Kanadanın baş naziri Castin Trüdonun dəftərxanası məlumat yayıb.
“Kanada 2024-cü ildə Ukraynaya 3,02 milyard Kanada dolları ($2,24 milyard) məbləğində maliyyə və hərbi yardım göstərəcək”, - deyə məlumatda bildirilib.
Ottava bu öhdəliyi təhlükəsizlik sahəsində strateji tərəfdaşlığın müəyyən edilməsi məqsədilə şənbə günü Trüdo və Ukrayna Prezidenti Volodimir Zelenski arasında bağlanmış ikitərəfli əməkdaşlığa dair saziş çərçivəsində götürür.*