Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə yaxın “Pul Pervoqo”teleqram kanalı məlumat yayıb.
“Onlara deyin ki, seçkilərdə iştirak edəcəyəm”, - deyə o, yerli hakimiyyət orqanlarına və parlamentin aşağı palatasına seçkilərdə səsvermədən sonra seçki məntəqəsində jurnalistlərə bildirib.
Belarusda prezident seçkiləri sonuncu dəfə 2020-ci ildə keçirilib.
Lukaşenko 1994-cü ildən Belarusa rəhbərlik edir.*