Ukrayna münaqişəsi yaxın aylarda həll oluna bilər. Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel İspaniyanın “El País” qəzetinə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Brüssel Kiyevə daha çox kömək etməlidir. Əgər regional birlik Ukraynanın Rusiyaya müqaviməti davam etdirməsini istəyirsə, bu, çox vacib addımdır.
“Silahlı münaqişə yaxın aylarda həll oluna bilər. Müqavimət göstərmək qalib gəlmək deməkdir”, - deyə o vurğulayıb.
Borrel, həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiya qoşunlarının NATO ölkələrinə hipotetik hücumlarını təşviq etməyə hazır olması ilə bağlı fikirlərini də şərh edib. Diplomat bunu “dəhşət” adlandırıb və Avropa liderlərini “oyanmağa” çağırıb.*
V.Əliyev