Azərbaycan Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Faciə qurbanlarının xatirəsini kədərlə anırıq və buna son qoymağa çağırırıq”, - deyə paylaşımda vurğulanır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib.
“Ermənistanın Xocalıda törətdiyi ən böyük qırğından 32 il ötür. Qəddarlıq zamanı vəhşicəsinə öldürülən bütün şəhidlərimizi ehtiramla anırıq. Bu kütləvi qətli törədənlər cavab verməlidirlər!”, - deyə nazir “X” sosial şəbəkəsində yazıb.*
V.Əliyev