Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakı və İrəvan arasında sülh müqaviləsi ilə bağlı danışıqların anonsunu verib.
"Sülh müqaviləsi istiqamətində danışıqlarda bəlli fasilə var idi, amma mətn üzərində iş gedirdi. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdən sonra yenidən prosesə start verilməsi barədə qərar verildi. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə danışıqların keçirilməsi planlaşdırılır", - Bayramov bazar ertəsi jurnalistlərə bildirib. Yerli KİV nazirin sözlərindən sitat gətirir. **
R.Kərimov