2023-cü ildə Azərbaycana kondisioner idxalı 2022-ci illə müqayisədə 4,3% - 194,208 min ədədə qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $55 milyon 898,2 min məbləğində (azalma 14,1%) qiymətləndirilir.
Ötən il Azərbaycana $197 milyon 273,8 min dəyərində (artım 29,4%) 675,258 min ədəd (artım 13,3%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 38,2% - 230,055 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $54 milyon 569,7 min (artım 25,5%) təşkil edir.
2023-cü il ərzində soyuducu idxalı 51,6% artaraq 37,502 min ədəd, dəyəri $11 milyon 159,5 min (artım 19,6%) təşkil edib.**
B.Rüstəmbəyov