Çin ilə Rusiya Federasiyası arasında ticarət əlaqələri üçüncü tərəflərə təsir etmir. Bazar ertəsi “Global Times” nəşri xəbər verir ki, bu barədə Çin XİN-dən ABŞ-ın Çinin 8 şirkətinə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq bəyan ediblər.
«Çin və Rusiya arasında normal ticarət əməkdaşlığı hansısa üçüncü tərəfə qarşı yönəlmir və üçüncü tərəflərin təsirindən azaddır», - nəşr XİN-in nümayəndəsi Mao Ninin sözlərindən sitat gətirir.
Bununla yanaşı, o qeyd edib ki, Çin Ukrayna məsələsində həmişə obyektiv mövqe tutub və problemin həllini danışıqlar yolu ilə dəstəkləyib. **