Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla beynəlxalq gündəmin aktual məsələləri ilə bağlı konstruktiv dialoqu və birgə işi davam etdirmək niyyətindədir.
"Ölkələrimiz arasında dostluq, qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsində Sizin çoxillik şəxsi töhfənizi həddən artıq qiymətləndirmək çətindir. Əlbəttə ki, ikitərəfli, regional və beynəlxalq gündəmin aktual məsələləri ilə bağlı konstruktiv dialoqumuzu və birgə işimizi davam etdirəcəyik", - bazar ertəsi Kremlin saytında yerləşdirilən Putinin Ərdoğana 70 illiyi münasibətilə ünvanladığı təbrik teleqramında deyilir.
Putin qeyd edib ki, Ərdoğan həmvətənləri arasında və xaricdə yüksək nüfuza malikdir, «təcrübəli və uzaqgörən siyasətçi kimi Türkiyənin sosial-iqtisadi inkişafı və onun dünya arenasında maraqlarının qorunması üçün çox işlər görür». **