Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü fevralın sonlarında Berlində keçiriləcək. Bu barədə “İnterfaks”a Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
«Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü Münxendə əldə olunan razılaşmalara (17 fevralda - İF) əsasən 28-29 fevral tarixlərində Berlində keçiriləcək», - Badalyan bildirib.**