2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərin qayıdacaqları yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq”, - Əliyev bazar ertəsi Xocalı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı deyib.
Prezident həmçinin qeyd edib ki, bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək. Bundan başqa, tezliklə Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək.
“Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə